UEFA Avropa Liqası və Çempionlar Liqasında iştirak edən klubların qazancını artırmaq qərarına gəlib. Goal.az "Kicker"ə istinadən xəbər verir ki, 2018/19 mövsümündən Avrokuboklarda mübarizıə aparacaq klublar üçün mükafatın ümumi həcmi 2.35 milyarddan 3.2 milyard avroya yüksələcək. Məsələn, bu sistemlə ÇL-nın son qalibi "Real" 135 milyon 503 min avro qazana bilərdi. Turnirin finalçısı "Atletico" 118 milyon 390 min, "Bayern 108 milyon 273 min, "Manchester City" isə 104 milyon 106 min avro qazanardı.
2015/16 mövsümündə ÇL-da iştirak edən klubların maksimum gəliri 54.5 milyon avro olub.
Milli.Az