B.Borisovun sözlərinə görə, Bolqarıstan regionda qaz "hub"ı olmağa hazırdır: “Gələcəkdə Brüsselin qadağa məktubunun qarşısını almaq üçün Azərbaycan, Rusiya, Türkmənistan və Aİ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilməlidir”.
Baş nazir deyib ki, rəsmi Moskva və Sofiyanın tarixi ənənələrə söykənən əməkdaşlığı var.
Qeyd edək ki, hər iki tərəf 2014-cü ilin iyununda icrası dayandırılan "Cənub axını"nda iştirak edib.