Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində general-polkovnik Zakir Həsənov Lordlar Palatasında müdafiə üzrə dövlət naziri, Lordlar Palatasının sədr müavini Örl Hou ilə görüşüb.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, görüş zamanı Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib
Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib