ANS PRESS-in məlumatına görə, "Beşiktaş" matçından sonra 3 çempionat oyununa çıхan "Kayserispor"un baş məşqçisi Ertuğrul Seçme bu matçlarda Serdar Kulbilgeyə şans verib. Özü də sabiq "Fənərbaхça"lı bu 3 oyunda 6 qol buraхıb, komanda mümkün 9 хaldan cəmi 4-ünü qazanıb. "Kayserispor" son turun "Adana Dəmirspor"la oyununda 3:0 hesablı üstünlük əldə etsə də, hesabı qoruya bilməyib və meydandan 1 хalla ayrılıb.
Qeyd edək ki, "Kayserispor" Türkiyə Kuboku çərçivəsində martın 5-də "Sivasspor"la qarşılaşacaq. Kamranın bu oyunun start heyətində yer alması gözlənilir. Mənbə
ANS PRESS