Türkiyənin Suriyada davam edən hərbi əməliyyatları, o cümlədən Rəqqada gözlənilən əməliyyat ABŞ-ın narazılığına səbəb ola bilər.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq kəşfiyyat rəhbəri, istefada olan polkovnik İsmayıl Hakkı Pekin deyib.

Onun sözlərinə görə, bununla yanaşı, ABŞ Əl-Bab şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatında Türkiyəni dəstəkləyəcək.

İ.H.Pekin qeyd edib ki, Türkiyə Suriyada əməliyyatları təkcə sərhədlərinin təhlükəsizliyi üçün deyil, həm də Suriyanın ərazi bütövlüyünün qorunması məqsədilə keçirir.

Milli.Az