ABŞ-ın "The Tonight Show" telekanalın aparıcısı Cimmi Fallonun respublikaçı prezidentliyə namizəd Donald Trampdan sonrakı qonağı demokrat namizəd Hillari Klinton olub.

Milli.Az publika.az-a istinadən bildirir ki, aparıcı Klintonu tibbi maskada qarşılayıb.

Siyasətçi Fallonun hərəkətinə yumorla reaksiya verib və əlini aparıcının əlinə vurub. Aparıcı isə bundan sonra yanında hazır saxladığı maye ilə əllərini tələsik dezinfeksiya edib. Cimmi Fallon bununla da Hillari Klintonun bir neçə gün bundan əvvəl səhhətinin pisləşməsinə işarə vurub.

Qeyd edək ki, Klinton 11 sentyabr, 2001-ci il terror aktının qurbanlarına həsr olunan mərasimdə özünü pis hiss edib. Keçmiş dövlət katibi tədbiri vaxtından əvvəl tərk etməyə məcbur olub. Klintonun həkimi ona sətəlcəm diaqnozu qoyub. Siyasətçi xəstəliyi ilə əlaqədar olaraq seçkiqabağı kampaniyası çərçivəsində 15 sentyabr tarixinə qədər nəzərdə tutulan bütün səfərləri və görüşləri ləğv etməyə məcbur olub.

Diaqnozu şərh edən Klintonun özü bildirib ki, həkimlər bunu seçki kampaniyasında pauza üçün ona hədiyyə ediblər.

Xatırladaq ki, amerikalı teleaparıcı canlı yayımda Trampa qarşı etdiyi qeyri-adi hərəkəti ilə diqqət çəkib. Aparıcı prezidentliyə namizədin saçını əli ilə dağıtmaq istədiyini bildirib. Bunu eşidən kimi studiyadakı auditoriya da aparıcını istəyi üçün israr edib. Canlı yayımda əlacsız qalan Tramp, nəhayət, razılıq verib. Bundan sonra şou aparıcısı Donald Trampın çoxlarının parik hesab etdiyi məşhur saç düzümünü dağıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aparıcı Hillari Klintonla müsahibəsi zamanı tibbi maska geyindi - VİDEOAparıcı Hillari Klintonla müsahibəsi zamanı tibbi maska geyindi