Azərbaycan Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb
Paylaş
·53 baxış·1 dəq oxu
Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb. "Report" xəbər verir ki, atletikanın nizə atma idman növündə iştirak edən idmançımız İradə Əliyeva 42.58 metr nəticə göstərərək gümüş medala sahib olub. Beləliklə, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb.