Rəqibimiz bu gün müəyyənləşəcək

Rəqibimiz bu gün müəyyənləşəcək
12:01 5 Yanvar 2015
193 İdman
Ölkə mətbuatı
A- A+

Yığmamızın rəqibi bu gün müəyyənləşəcək.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibi bu gün Bakı vaxtı ilə 17.30-da keçiriləcək Slovakiya – Sankt-Peterburq matçından sonra müəyyənləşəcək.

Qeyd edək ki, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə qrup lideri kimi yüksəlib. Komandamız növbəti oyununu yanvarın 7-də keçirəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR