Hər 3 oyunçu Tailand üzərində 13:8 hesablı qələbə qazandıqları 1/8 final görüşündə növbəti sarı vərəqə alaraq, cəzalı duruma düşüblər. Həmin qarşılaşmada onlar üst-üstə 8 qolun müəllifi olublar. Fineo 5, Vassura 2, Hüseynli 1 dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 25-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Kali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində keçiriləcək.