Naməlum şəxs qaçmaq istəyərkən Mayılovun dostları onu tutublar. Tutulan şəxsi ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşlarına təhvil verilib, yaralı isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb.
Qarın nahiyyəsindən bir bıçaq xəsarəti alan yaralı dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Hadisə ilə əlaqədar Sabunçu rayon polis idarəsinə və idarənin 13-cü polis bölməsinə müraciət etsək də növbətçi hissədən bizə baş verən hadisədən xəbərsiz olduqlarını bildirdilər.
Mənbə
ANS PRESS Anar Qafarov