[ 05 Mart 2015 13:00 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda avtoxuliqanlıqla məşğul olan 3 nəfər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi “Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xətai rayon məhkəməsinə göndərilib.

Cari il fevral ayının 20-də Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Yasamal rayon məhkəməsinə göndərilib.

Cari il yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən Q.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.