Hər kişinin bacara bilmədiyi bu sənət növünü qadın özünə peşə seçib. Ağdaşda olan, qaynaqçı və rəngsaz qadının əl işləri müştərilərin də ürəyincədir.

Bu sənətə yalnız kişilər yiyələnir, ancaq istisnalar var.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qaynaqçı və rəngsaz qadın gördüyü işlərə görə kişilərdən heç də geri qalmır.

Adətən kişilərin çalışdığı bu ağır sahədə qadınların işlədiyini görəndə hamı təəccüblənir. Ağdaşda yaşayan Yeganə Mustafayeva seçdiyi sənəti ilə insanların böyük marağına səbəb olan qadınlardandır. Seçdiyi sənətin peşəkarı olan qadın bütün qaynaq işlərini görə bilir.

Qaynaqçı qadın, bir neçə ildir rəngsaz kimi də çalışaraq ailəsini dolandırır. Günün əsas hissəsini bu qaynaqçı sexində keçirən Yeganə Mustafayeva gördüyü işdən heç də yorulmur.

Xanım usta qaynaqçılıq sənətinin sirlərini Ağdaşda 30 ildən çoxdur ki, usta işləyən Çingiz Baxışovdan öyrənib.

Əvvəllər yüngül işləri görən qadın indi daha çətin işlərin öhdəsindən gəlir. Müştərilər də ondan narazı olmur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu sənətə yalnız kişilər yiyələnir, ancaq istisnalar var - VİDEOBu sənətə yalnız kişilər yiyələnir, ancaq istisnalar var