"Lester"in baş məşqçisi Klaudio Ranyeri "Sporting"in futbolçusu Adrien Silvanı transfer etmək istədiklərini etiraf etdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı yayda bu futbolçunu istədiklərini dilə gətirib: "Bir çox futbolçunu izləyirik, amma Adrien həqiqətən də möhtəşəm futbolçudur. Bundan sonra fürsətimiz olacağı halda onu transfer edəcəyik".

Qeyd edək ki, "Sporting" yetirməsi olan Adrien Silva çıxdığı 139 liqa matçında 28 dəfə fərqlənməyi bacarıb.

Milli.Az