Ruhinin verilişi bağlandı - FOTO

Ruhinin verilişi bağlandı - FOTO
12:52 5 Yanvar 2015
242 Şou
Ölkə mətbuatı
A- A+

ATV telekanalında yayımlanan, Ruhi Əliyevanın aparıcısı və müəllifi olduğu “Dəb Siz” verilişi bağlanıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, R.Əliyeva bunun səbəbləri haqda danışıb:

“Mənimlə çalışan hər kəsə, bütün komandaya təşəkkür edirəm. Ümidvaram ki, ötən mövsüm də xanımlarımız üçün nələrisə edə bildik. Onları gözəl görmək məni çox sevindirir. Layihənin nəticəsi məni qane etdi”.
 
Ruhi Əliyeva yaxın aylarda yeni layihə ilə tamaşaçıların qarşısına çıxacağını bildirib:

“Bir az dincəlməyə ehtiyacım var. Amma tamaşaçılarıma, xüsusilə xanımlara söz verirəm ki, onlar üçün daha da faydalı layihə ilə qayıdacam. Hələ ki, layihənin necə olacağını açıqlamağa tələsmirəm. Bircə onu deyə bilərəm ki, yenə də güclü və peşəkar komanda, fərqli layihə ilə görüşünüzə gələcəyik”.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR