"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Daha sonra K.Baxışov ifadə verib və özünü təqsirli bildiyini deyib.
O bildirib ki, həkəndlisi Mikayıl Musayevi dayısı qızının arxasıncda düşdüyünü görəndən sonra bıçaqlayıb: "Əvvəl ona iradımı bildirdim. Sonra aramızda mübahisə düşdü və mən də onu bıçaqla vurdum".
Zərərçəkmiş M.Musayev isə dindirilərkən təqsirləndirilən şəxslə aralarında barışıq yarandığını və ona qarşı heç bir şikayətinin olmadığını vurğulayıb.
Məhkəmənin növbəti prosesi oktyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə Qubanın Rustov kəndində baş verib. 26 yaşlı kənd sakini Mikayıl Musayev həmkəndlisi 21 yaşlı Kamran Baxışov tərəfindən bıçaq xəsarəti alıb. Bud nahiyəsindən xəsarət alan M.Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb.
K.Baxışov Quba Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən saxlanılıb.