Şotland mütəxəssis Paul Sturrok qələmə aldığı kitabında "Neftçi"nin sabiq futbolçusu Emil Mpenza barədə ilginc fakta yer verib.


Fanat.Az xəbər verir ki, 2007-2009-cu illərdə İngiltərənin aşağı liqa klubu "Plimut"u çalışdıran 59 yaşlı məşqçi belçikalı futbolçunun viaqra dərmanı (cinsi əlaqə üçün istifadə olunan dərman) məşqə gəlmədiyini bildirib.


Onun sözlərinə görə, Mpenza gecə viaqra dərmanı qəbul edib və səhər məşqə gələ bilməyib: "Mənə Emilin viaqra qəbul etdiyini və hələ də dərmanın təsiri altında olunduğu dedilər. Bu səbəbdən məşqə çıxacaq halda deyilmiş. Çoxları bunun lətifə olduğunu düşünür. Amma sizi əmin edirəm ki, bu həqiqətdi".


Paul Sturrokun bu qeydləri Mpenzanı özündən çıxarıb. Vəkili Loran Denis vasitəsi ilə açıqlama verən futbolçu bunların bir iddia olduğunu və bunların Mpenzanı şoka saldığını bildirib.


Qeyd edək ki, Mpenza 2010-2012-ci illərdə "Neftçi"də çıxış edib. O, "Neftçi"dən 1 milyon dollar təzminat alıb.


Fanat.Az