İran: Suriyaya hərbi müdaxilə ABŞ üçün özünəqəsd olacaq

İran: Suriyaya hərbi müdaxilə ABŞ üçün özünəqəsd olacaq
01:52 3 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriyaya hərbi müdaxilə ABŞ üçün özünəqəsd olacaq.
"Report" xəbər verir ki, bu fikirlə İranın dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Vilayəti səsləndirib.
"Suriyaya birbaşa hərbi müdaxilə ABŞ üçün özünəqəsd və Əfqanıstanla İraqın ardından regionda üçüncü məğlubiyyət olacaq. Bununla yanaşı, məğlubiyyət əvvəlkilərdən daha ciddi olacaq", - deyə Vilayəti bildirib.
Onun sözlərinə görə, Suriya xalqı təqribən altı ildir ki, xüsusilə də, ABŞ başda olmaqla Qərb tərəfindən xarici müdaxiləyə müqavimət göstərir.
"O (Suriya xalqı) ABŞ hərbi müdaxilə edəcəyi təqdirdə də ayaqda dura biləcək. Amerikalılar bunu etməyəcəklər", - deyə İran siyasətçisi əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ran-suriyaya-herbi-mudaxile-abs-ucun-ozuneqesd-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR