Baş məşqçi istefaya göndərildi

Baş məşqçi istefaya göndərildi
12:52 3 Oktyabr 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Udineze" klubunun rəhbərliyi Murat Yakını baş məşqçi postundan istefaya göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu qərar A Seriyasının VII turunda "Latsio"ya 0:3 hesablı məğlubiyyətlə bitən oyundan sonra verilib.

Hazırda "zebrlər" 7 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıblar. Komandanı aşağı liqaya eniş zonasından cəmi 1 xal ayırır.

Qeyd edək ki, Murat Yakın "Udineze"yə mayda baş məşqçi təyin olunmuşdu. 42 yaşlı mütəxəssis bu vəzifədə Luici De Kanionu əvəzləmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR