“Baku Steel Company”də alov fəhlələrin üzərinə püskürüb, 4 nəfər yaralanıb

“Baku Steel Company”də alov fəhlələrin üzərinə püskürüb, 4 nəfər yaralanıb
16:27 3 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası baş verib.
“Report”un xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.
Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.
Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baku-steel-company-de-alov-fehlelerin-uzerine-puskurub-4-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR