Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirilib

Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirilib
16:37 3 Oktyabr 2016
270 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirib.
"Report"un məlumatına görə, İdarənin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov deyib ki, qruplara kifayət qədər uşaq yığa bilməyən məktəblərdə proses dayandırılıb: "Çünki qruplarda uşaqların minimum sayı 15, maksimum isə 30-dur. Kənd yerlərində isə yerli təhsil idarəetmə orqanları ilə razılaşdırmaqla 10-15 uşaqdan ibarət məktəbəhazırlıq qrupları təşkil etmək olar".
Onun sözərinə görə, bəzi məktəblərin resursları, yəni sinif otaqları çatmadıqlarına görə orada belə qrupların təşkil olunması qeyri-mümkündür: "Bəzi məktəblərdə isə uşaqların sayı az olduğuna görə orada hazırlıq qruplarının təşkili dayandırılıb".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR