MŞ sədri Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında iştirak edir

MŞ sədri Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında iştirak edir
17:19 3 Oktyabr 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Kipr Türk Cümhuriyyətində Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir. Lent.az-ın məlumatına görə, oktyabrın 2-3-ü tarixlərində gerçəklən tədbirdə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da iştirak edib.

 

Şuradan Lent.az-a verilən məluamata görə, toplantıda birliyə üzv ölkələrin Mətbuat Şuralarının ötən müddətdə həyata keçirdiyi işlər barədə hesabatı dinlənilib. MŞ sədri Ə.Amaşov bu bölümdəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən söz açıb.

 

O bildirib ki, MŞ şikayətləri araşdırıb qərari qəbul edərkən yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini rəhbər tutur. Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, Şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır.

Qeyd edək ki, toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR