Kliçkonu məğlub edən boksçu karyerasını başa vurub

Kliçkonu məğlub edən boksçu karyerasını başa vurub
18:07 3 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Böyük britaniyalı ağır çəkili boksçu Tayson Fyuri karyerasını başa vurub. "Report"un məlumatına görə, bu barədə 28 yaşlı idmançı rəsmi "Twitter" səhifəsində yazıb. 
"Boks iştirak etdiyim yarışlar arasında ən kədərlisidir. Mən dahiyəm və karyeramı başa vururam. Siz isə xoşbəxtlik tapmaq üçün cəhənnəm olun".
Qeyd edək ki, 2015-ci ilin noyabrında Tayson Fyuri ukraynalı Vladimir Kliçkodan çempionluq kəmərini alıb. Müqaviləyə əsasən, o, Kliçko ilə revanş döyüşünə çıxmalı idi. Lakin təkrar qarşılaşma britaniyalı boksçunun günahı üzündən iki dəfə baş tutmayıb. Fyuri IBO/WBA/WBO versiyaları üzrə çempionluq kəmərinin sahibidir. Bir neçə gün əvvəl onun dopinq-testi nəticəsində orqanizmindən kokain izləri tapıldığı açıqlanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/klickonu-meglub-eden-bokscu-karyerasini-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR