Koçaryan qayıtmaq üçün zəmin yaradır?

Koçaryan qayıtmaq üçün zəmin yaradır?
19:37 3 Oktyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan Ermənistan prezidenti aparatının rəhbəri təyin edilib.

Virtualaz.org xəbər verir ki, A.Gevorkyan 2016-cı ilin iyununda Milli Təhlükəsizlik Şurasının katibi təyin olunmuşdu. 2014-cü ilin oktyabr ayının 16-da o, baş nazirin müavini, Ermənistan ərazi idarəçiliyi naziri vəzifələrindən istefa etmişdi.

Müxtəlif illərdə prezidentin köməkçisi, prezident aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi vəzifələrində çalışıb. 2008-ci ilin aprelində A.Gevorkyan baş nazirin müavini, Ermənistan ərazi idarəçiliyi naziri təyin edilmişdi.

Ermənistanda Gevorkyanı hamı "Koçaryanın ən sədaqətli adamı" kimi tanıyır və onun pörezident aparatının rəhbəri təyin edilməsi Koçaryanın böyük siyasətə qayıdışı ilə bağlı son zamanlar dolaşan şayiələri daha da gücləndirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR