Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Oktyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 3 Oktyabr
20:24 3 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Macarıstan qaçqınların ölkələr arasında kvota üzrə bölünməsinə yox dedi. Macar seçicilərin yarıdan çoxu məntəqələrə getmədi, gedənlərin 98 faizi isə etiraz hüququndan istifadə etdi. Referendumun bu cür nəticələnəcəyi aşağı-yuxarı bəlli idi. Macarıstan Avropada əhalinin sayına görə ən çox qaçqın qəbul edən ölkədir. Ölkənin hər 100 min vətəndaşına 1800 qaçqın düşür. Brüsselin qəbul etdiyi qaydalara görə, hər ölkə ən azı 160 min qaçqın qəbul etməlidir, bu isə 180 min qaçqına müvəqqəti sığınacaq vermiş macarlara sərf etmir. Ölkə zatən qaçqınların heç olmasa yarısını başqa ölkələrə göndərmək istəyir. Baş nazir hətta qaçqınların hamısını Liviyada yaradılacaq qaçqın düşərgəsinə göndərməyi təklif edir. Onun fikrincə, yalnız Avropa İttifaqında sığınacaq almaq üçün ərizələr bu düşərgədə qəbul olunmalıdır, Əks təqdirdə Avropa İttifaqı qaçqın problemini həll edə bilməyəcək. Amma macarların referendumda “qaçqınlara yox” deməsi heç nəyi həll etmir, çünki Avropa İttifaqının qərarları üzv ölkələr üçün məcburidir. Yetərsay olmadığına görə ləğv olunan referendumun nəticələri heç nəyi dəyişmir, nisbi nəticələr yalnız Avropada miqrant probleminin nə qədər dərinləşdiyini göstərir.

 

Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR