Türkiyədə 12 min 801 polis əməkdaşı işdən çıxarılıb

Türkiyədə 12 min 801 polis əməkdaşı işdən çıxarılıb
09:42 4 Oktyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyədə 12 min 801 polis əməkdaşı işdən çıxarılıb.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, onların 2 min 523-ü yüksək vəzifəli polisdir. 
İnformasiyaya görə, Türkiyənin Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsi ölkənin 81 əyalətinədə əməliyyat keçirib. Əməliyyat nəticəsində aralarında müxtəlif rütbəli və vəzifəli polis əməkdaşları olmaqla 12 min 801 nəfər Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinərək işdən çıxarılıb.
Xəbərdə bildirilib ki, Ankarada 1350, İzirdən 570, Diyarbakırdan 650 və Hakkaridən 350 təhlükəsizlik məmuru tutuduğun vəzifədən azad edilib.
Türkiyə Daxili İşlər Nazrilyinin mərkəzi aparatında işləyən 37 nəfər də tutudğu vəzifədən kənarlaşdırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-12-min-801-polis-emekdasi-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR