Kənan M.M. "oğurluq etdi"

Kənan M.M. "oğurluq etdi"
12:22 4 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə eyham vurmaq qərarına gəldim".

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Salam Sarvan rejissor Kənan M.M.-in yazdığı şeirin onun misralarına bənzərliyi haqda Feysbuk səhifəsində yazıb. O, Kənan M.M.-i çağdaş Azərbaycan şairlərini oxumağa çağırıb:
 
"Bu yaxında Kənan M.M.-in çap etdirdiyi şeirdən bir bənd diqqətimi çəkdi:
 
Bağışla, düşüncəm tör-töküntüdür,
Xəyallar qoymur ki, gedim uzağa.
Demə ki, həsrətin yaman pintidir,
Xatirən tökülüb bütün otağa.
 
Bilmirəm, haqlıyammı, amma mənim "Sənli xatirələr dağılıb evə, bağışla, otağım tör-töküntüdür" misralarımla çox mehriban görünür bu bənd. İddia eləmirəm ki, hörmətli Kənan bəy bunu bilərəkdən edib, o, heç bəlkə, məni oxumayıb da. Amma görünür, ən azı, Azərbaycan şairlərini oxumaq lazımdır ki, belə "toqquşmalardan" qaça biləsən.
 
Düzü, heç vaxt belə xırdaçılıqlara getməmişəm. İndiyədək yazdığım şeirlərin ideyasının, ayrı-ayrı bəndlərinin, misralarının mənimsənilməsi (söhbət təsirdən getmir) halları çox olub. Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə, eyham vurmaq qərarına gəldim. Amma yenə də tərəddüddəyəm, bilmirəm, haqlıyammı?"
 
Müqayisə üçün Salam Sarvanın sözügedən şeirindən həmin bəndi də təqdim edirik:
 
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdür?
Sənli xatirələr dağılıb evə -
bağışla, otağım tör-töküntüdür...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR