Bakıda Kempo üzrə Avrasiya çempionatı keçiriləcək

Bakıda Kempo üzrə Avrasiya çempionatı keçiriləcək
17:17 4 Oktyabr 2016
98 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 16-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçiriləcək.

Azərbaycan Kempo Federasiyası mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, çempionatda Avropa və Asiya dövlətlərindən olan idmançıların iştirakı gözlənilir. Çempionat artıq ikinci dəfə olaraq Bakıda təşkil olunur.

Qeyd edək ki, Avrasiya Çempionatı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.

Giriş sərbəstdir.

İnformasiya dəstəyi İdman Azərbaycan TV, Trend.az, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR