Bakı sakini binanın 13-cü mərtəbəsindən yıxılaraq ölüb

Bakı sakini binanın 13-cü mərtəbəsindən yıxılaraq ölüb
13:23 5 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Xətai rayon sakini ehtiyatsızlığı nəticəsində binanın 13-cü mərtəbəsindən yıxılaraq ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Xətai rayonunun Gəncə prospekti ev 80/82-də yaşayan Elxan Hacıyev 16 mərtəbəli binanın 13-cü mərtəbəsindəki mənzilinin eyvanından ehtiyatsızlığı nəticəsində yıxılıb ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR