Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 96 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az