Gədəbəydə döyülmə faktı qeydə alınıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Armudlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Yasəmən Şamilova ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon

Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan qadın reanimasiya şöbəsinə köçürülüb.

Yaxınlarının deməsinə görə, 3 uçaq anası olan Y. Şamilova həyat yoldaşı tərəfindən möhkəm döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az