Azərbaycanda 4 yeni fermer təsərrüfatı yaradılıb

Azərbaycanda 4 yeni fermer təsərrüfatı yaradılıb
10:07 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi "Şeyx", "Hacı Şahin", "Heydər" və "Cəngi" kəndli-fermer təsərrüfatlarını dövlət qeydiyyatına alıb.
Bu barədə "Report"a Nazirlikdən bildirilib.
Məlumata görə, təsərrüfatlar MMC formasında bu ilin iyun ayında yaradılıb. Bunlardan ilk ikisi İmişli rayonu, üçüncü - Bərdə rayonu, sonuncu isə Sumqayıt şəhərində yerləşir.
Hər 4 müəssisənin nizamnamə kapitalı simvolik olaraq 10 manat məbləğində müəyyən edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycanda-yeni-4-fermer-teserrufati-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR