Bağlanan bankın fəaliyyəti yenidən bərpa ediləcək?

Bağlanan bankın fəaliyyəti yenidən bərpa ediləcək?
10:57 5 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dekabank" ASC-nin Müşahidə Şurası məhkəməyə müraciət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bank apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək barəsində olan qərarın ləğvini istəyib. Şikayətə oktyabrın 7-də baxılacaq.

Bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək bankın məcburi ləğvi və Əmanətlərin Sığortalanması Fondunun 24.07.2016-cı ildən etibarən bankın ləğv edicisi təyin edilməsini istəyib. Məhkəmə ərizəni təmin edib. Bank həmin qərardan şikayət verib.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilib.

Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliyin tələblərinə uyğun  qaydada təsnifləşdirmədiyinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadığına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, təhrif edilmiş hesabatları təqdim etdiyinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməyinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiyinə görə qəbul edib.

Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR