Putin "Rosatom"un direktorunu işdən çıxardı

Putin "Rosatom"un direktorunu işdən çıxardı
15:23 5 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin "Rosatom" (Rusiya Dövlət Nüvə Enerji Şirkəti) korporasiyasının baş direktoru Sergey Kiriyenkonu prezident administrasiyasının başçısının birinci müavini təyin edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısının digər fərmanı ilə Vyaçeslav Volodin bu vəzifədən azad olunub.

Xatırladaq ki, Vladimir Putin sentyabrın 23-də parlamentin aşağı palatası olan Dövlət Dumasının spikeri postuna Vyaçeslav Volodinin namizədliyini təklif edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR