Azərbaycan Ordusu 2 postu işğaldan azad etdi– ERMƏNİ MƏNBƏLƏR - FOTOFAKT

Azərbaycan Ordusu 2 postu işğaldan azad etdi– ERMƏNİ MƏNBƏLƏR - FOTOFAKT
16:58 5 Oktyabr 2016
271 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın işğal altında saxladıqları Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələri sentyabrın 26-da gecə saatlarında gözlənilmədən döyüş hazırlığı vəziyyətinə gətirilib.

Publika.az
xəbər verir ki, erməni mətbuatında cari ilin 26-29 sentyabr tarixlərində Dağlıq Qarabağ ərazisində dislokasiya olunmuş hərbi hissələrin birində polkovnik Cəlal Harutyunyanın rəhbərliyi ilə guya müdafiə döyüşünün idarə edilməsi təliminin keçirilməsi barədə xəbər yayılıb.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin məlumatına görə isə bu, hərbi təlimlər olmayıb. Belə ki, sosial şəbəkədə erməni istifadəçiləri yazdıqları şərhlərdə bildiriblər ki, əslində bu təlim deyil, Azərbaycan Ordusu ilə atışma olub.
Sosial şəbəkədə Ruben Armenoid adlı erməni istifadəçisi həmin gün erməni ordusunun 2 postu itirdiyini yazıb. Yazılan digər şərhlərdə gecə atışma səslərinin gəldiyi və uzun müddət davam etdiyi bildirilib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan 3 oktyabr 2016-cı il tarixində vəzifəsindən uzaqlaşdırılıb. Erməni ekspertlər bildirib ki, S.Ohanyanın vəzifədən getmə səbəbi cari ilin aprel ayında Ermənistan ordusunun ağır itkilər verərək geri çəkilməsidir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR