Gənc yaşlı qız zəhərləndi

Gənc yaşlı qız zəhərləndi
20:05 6 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində 27 yaşlı qadın naməlum şəraitdə zəhərlənib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Turanə Vaqif qızı Hüseynova naməlum etimologiyalı zəhərlənmə diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, T.Hüseynovanın hansı şəraitdə zəhərlənməsi hələlik məlum deyil: "Ona dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır olaraq qalır".

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR