Washington Times: "Roma Papasının Azərbaycana səfəri vacib siqnaldır"

Washington Times: "Roma Papasının Azərbaycana səfəri vacib siqnaldır"
12:32 7 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransiskin müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Washington Times" nəşrində dərc edilən məqaləsində deyilir.

Məqalədə deyilir: "Azərbaycan prezidenti İlham Əliyev səfərin vacibliyini qeyd edərək onu tarixi adlandırıb və ölkənin aşkarlıq və tolerantlığın qədim ənənələrinin qorunmasına sadiqliyini təsdiq edib. Bu fikir Fransisk tərəfindən dəstəklənib. O, Azərbaycanın katolik, müsəlman, pravoslav və yəhudi icmaları arasında yaranmış səmimi münasibətləri müşahidə etməsindən şad olduğunu ifadə edib".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR