Abdulbari Gözel Azərbaycanın brendləşmiş məhsullarından danışdı - FOTOLAR

Abdulbari Gözel Azərbaycanın brendləşmiş məhsullarından danışdı - FOTOLAR
13:18 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Neftin qiymətinin azalması neft ölkələrinin geriləməsinə gətirib çıxarıb. Lakin Azərbaycan 10 il əvvəldən bu vəziyyətə hazırlaşıb. Odur ki, ölkəmizdə daha öncədən qeyri-neft sektorunun inkişafına start verilib”.

Publika.az xəbər verir ki, bunu “Azersun Holding”in rəhbəri Abdulbari Gözel mətbuat konfransında deyib. O qeyd edib ki, hazırda təkcə neft ölkələri deyil: “Avropa da çətin vəziyyətdədir. Ötən gün Bolqarıstandan olan yüksək səviyyəli sahibkarla görüşdüm. Onlarda işçilərə verilən məvacibin məbləği 160 avro təşkil edir. Halbuki mən bu rəqəmi 500 avro bilirdim”.

Azərbaycanda hektarlarla ərazinin istifadəsiz olduğunu vurğulayan A.Gözəl həmin torpaqlarda kənd təsərrüfatının inkişafının vacib olduğunu deyib: “Azərbaycan torpaqları məhsuldardır. “Azərsun”un istehsal etdiyi tomatlar İraq və Türkiyədə bir nömrə hesab edilir. Eləcə bu məhsul yerli bazarda da keyfiyyəti ilə xarici istehsalları sıxışdırıb çıxarıb. Hazırda süd istehsalı sahəsində ciddi rəqabət var. Bununla belə şirkətlərin hamısı zərərdədir. Çünki süd pul qazandırmır, amma gələcəkdə qazandıracaq. Sonda keyfiyyətli mal istehsal edən şirkət bazarda qalacaq”.

A.Gözəl sonra belə deyib: “Hər bir ölkənin brendləşmiş məhsulu olmalıdır. Biz "Azərçay"ı brenləşdirmişik. Rusiyaya ixrac etdiyimiz “Bizim Tarla” məhsullarının adını dəyişmək istədim. Amma ruslar razılaşmadı ki, biz artıq "Bizim Tarla" brendini tanıyırlar”.

O, marketlərin 18 faiz əlavə dəyər vergisi ödəməsinə toxunub və biznes sektorunun vergi öhdəliklərinin azaldılmasının vacibliyini vurğulayıb.

İqtisadiyyat şöbəsi

Fotolar Elçin Muradındır


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/171309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR