ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı olan əməkdar artist Ədalət Şükürov maraqlı açıqlamalar verib.
Tanınmış ifaçı, özünün rəqs bacarığı haqda danışıb: “Salsa” ilə 10 ilə yaxındır ki, məşğulam. Sankt-Peterburqda məktəbini bitirmişəm. 15 ildir məşğul olmuram, fasilə vermişəm. Bizim rəqslər də çox çətindir”.
Sevilən müğənni, dostu olan meyxanaçı Vüqarla bağlı maraqlı xatirəsini bölüşüb: “Vasif Məhərrəmli və Vüqar Abdulov ilə Kubada olanda klip çəkdik. O klipi çəkəndə orada kubalılarla rəqs edirdim. Daha sonra Vüqar da bizim milli rəqsləri onlara öyrətdi”.
Daha sonra Ədəlat Şükürov aparıcıya “salsa” oynamağı öyrədib.
Cəvahir