İki ay əvvəl üçüncü uşağını qucağına alan müğənni Alsu doğumdan sonra ilk fotosunu paylaşıb.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Yan Abramovdan Rafael adlı oğlu olan ifaçı izləyicilərinə ona bu müddətdə yazılan xoş sözlər üçün təşəkkür edib.
Qeyd edək ki, Alsu övladını Təl-Əvivdə dünyaya gətirib. Müğənninin qızı da 8 il əvvəl orada doğulmuşdu.