AFFA prezidenti Azərbaycan millisinin məşqini izləyir

AFFA prezidenti Azərbaycan millisinin məşqini izləyir
20:47 7 Oktyabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev futbol üzrə Azərbaycan millisinin bu gün Bakı Olimpiya Stadionunda keçirilən məşqini izləyir. 
"Report"un məlumatına görə, onlar meydançanın vəziyyəti ilə tanış olub və futbolçularla görüşüblər. 
Qeyd edək ki, Azərbaycan millisi 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin ikinci turunda sabah Norveç yığmasını qəbul edəcək. Oyun 20:00-da başlayacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/affa-prezidenti-azerbaycan-millisinin-mesqini-izleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR