Çeçenistanda 7 silahlı öldürüldü

Çeçenistanda 7 silahlı öldürüldü
10:22 9 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistanın Qudermesk rayonunda polis əməkdaşları ilə silahlı şəxslər arasında atışma baş verib.

Report-un məlumatına görə, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
"Qudermesk rayonunu Enqel-yurt və Gerzel yaşayış məntəqələri arasında polis postları qurulub. 
Polis əməkdaşları postun yaxınlığından keçmək istəyən iki avtomobili saxlayaraq onları yoxlamaq istəyiblər. Lakin bu zaman avtomobillərdəki şəxslər polisə atəş açıblar", - deyə mənbə bildirib.

O, qeyd edib ki, bu zaman polis əməkdaşları da silahlılara atəş açıblar.

Nəticədə 7 silahlı öldürülüb. Məlumatda bildirilir ki, zərərsizləşdirilmiş silahlıların sayı hadisə yerində təhqiqatlardan sonra məlum olacaq.
Atışma zamanı 4 polis əməkdaşı da yaralanıb.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR