Türkiyənin Hakkari bölgəsində 39 terrorçu zərərsizləşdirilib

Türkiyənin Hakkari bölgəsində 39 terrorçu zərərsizləşdirilib
17:37 9 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda keçirilmiş antiterror əməliyyatları zamanı 39 terrorçu zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatlarından birində 8 terrorçu məhv edilib. Çilekli Təpədəki mağaralardan birində isə daha 3 terrorçunun cəsədi tapılıb.
Bununla yanaşı, Zengil Tepe və Gerki Tepe bölgələrində silah-sursat ələ keçirilib.
Əməliyyatlarda ümumilikdə xeyli sayda silah-sursatın, partlayıcı maddənin ələ keçirildiyi bildirilir.
Qeyd edək ki, havadan dəstək verilən əməliyyat hazırda davam edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR