Bakıda ilk dəfə "Visla" festivalı keçiriləcək

Bakıda ilk dəfə "Visla" festivalı keçiriləcək
09:47 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ Bakıda “Visla”- polyak filmərinin xülasəsi adlı festival keçiriləcək.
Polşanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, festival oktyabrın 13-də başlayacaq və 19-dək davam edəcək.
Məlumata görə, tədbir çərçivəsində 6 polyak filmi nümayiş olunacaq. Bunlar “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi”dir. 
Filmlər The Ladnmark Cinemada hər gün saat 19.00-da nümayiş etdiriləcək (oktyabrın 17-si istisna olmaqla).
Giriş pulsuz və sərbəstdir.
Qeyd edək ki, "Visla" festivalı Azərbaycanda ilk dəfə keçirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/bakida-ilk-defe-visla-festivali-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR