Rəsul Cəfərovun cinayət işi üzrə materiallar məhkəməyə göndərilib

14:22 5 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 14:20 ]

Bakı. Şəhriyar Əlizadə - APA. İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə materiallar baxılmaq üçün məhkəməyə göndərilib.

 

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, cinayət işi üzrə ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. Cinayət işi yaxın günlərdə icraata veriləcək.

 

Qeyd edək ki, R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

İstintaq dövründə R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham da elan olunub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR