Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb

Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb
09:32 11 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb.
"Report" un xəbərinə görə, hadisə ötən gecə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb.
İsabala Elxan oğlu Allahverdiyev yaralı vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub.
Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, İ.Allahverdiyev ürək nahiyəsindən bıçaq zərbəsi alıb.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR