Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçiriləcək. N. Nazarbayev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək iclasına da qatılacaq.
Xatırladaq ki, oktyabrın 12-də Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gələcək.
Milli.Az