"Araz" klubu futzal üzrə UEFA Kubokunda ilk oyununu keçirəcək

"Araz" klubu futzal üzrə UEFA Kubokunda ilk oyununu keçirəcək
11:37 11 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA Kubokunun əsas mərhələsində ilk oyununu keçirəcək. 
"Report"un məlumatına görə, 2-ci qrupun ilk oyununda rəqib Gürcüstanın Tbilisi Dövlət Universitetinin komandası olacaq.
Qarşılaşma Makedoniyanın paytaxtı Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.
Qeyd edək ki, 2-ci qrupda "Araz" və Gürcüstanın Tbilisi Dövlət Universitetinin komandası ilə yanaşı Kosovanın "Feniks" və Makedoniyanın "Jelezarets" klubları da yer alıb. Azərbaycan təmsilçisi növbəti oyununu oktyabrın 12-də "Feniks"ə, bundan 2 gün sonra isə "Jelezarets"ə qarşı keçirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/araz-klubu-futzal-uzre-uefa-kubokunda-ilk-oyununu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR