Azərbaycan 2017-2030-cu illər üzrə məşğulluq strategiyası qəbul etməyə hazırlaşır

Azərbaycan 2017-2030-cu illər üzrə məşğulluq strategiyası qəbul etməyə hazırlaşır
14:02 11 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan 2017-2030-cu illər üzrə məşğulluq strategiyası qəbul etməyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Binəqədi rayonunda Məşğulluq Xidməti Mərkəzinin açılışında jurnalistlərə açıqlamasında məlumat verib.
"Hazırda bu layihənin başa çatdırılması üzrə işlər aparılır. Layihədə məşğulluqla bağlı bütün məsələlər əksini tapacaq", - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, bu strategiya aidiyyəti dövlət orqanları və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən hazırlanıb. O, bu strategiyanın əhalinin demoqrafik artımı ilə bağlı olduğunu vurğulayıb: "Azərbaycanda güclü demoqrafik artım gedir və əhali artımı ildə orta hesabla 1,2-1,3% təşkil edir. Əhalinin sayı isə 10 milyon yaxınlaşır. Əhalinin böyük hissəsini, hardasa 26%-ni 14-29 yaş arası gənclər təşkil edir".
Bununla yanaşı, nazir işsizlik səviyyəsinin 5%-ə qədər azaldılması əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, S.Müslümov respublikada turizm, İKT sferalarında yeni iş yerlərinin açıldığını və buna uyğun gənc kadrların olmasının vacibliyini qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR