Kiminsə Azərbaycanda at oynatması cəhdləri keçməyəcək!

Kiminsə Azərbaycanda at oynatması cəhdləri keçməyəcək!
07:22 12 Oktyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Əslində indiki halda kənardan heç kəsin Azərbaycana əli keçmir - nə qərbdən, nə şimaldan, nə cənubdan, nə də şərqdən. Azərbaycan öz maraqlarına söykənərək seçdiyi yolla gedir. Təbii ki, biz özümüzü dünyadan təcrid edə bilmərik, ancaq kənardan gəlib kiminsə Azərbaycanda at oynatması cəhdləri keçməyib və keçməyəcək!

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov prezident İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin müşavirəsində Avropaya, Qərbə ünvanlanmış sərt ismarıclarını şərh edərkən deyib.

Millət vəkili hesab edir ki, prezident İlham Əliyev əslində hökumətin müşavirəsində Azərbaycan əhalisinin fikirləşdiyi, düşündüyü məsələləri konkret ifadələrlə açıqlayıb: "Bəli, Azərbaycan kənardan heç bir diktəni, ələlxüsus da Dağlıq Qarabağı ermənilərə bağışlamaq cəhdlərini qəbul edəsi deyil. Bu qeyri-mümkündür, olmayıb və heç zaman da olmayacaq!

Avropa ilə əməkdaşlıq məsələlərinə gəlincə, indiki halda bizim harasa inteqrasiya olunmağımız nə bizə hansısa qazanc vəd edir, nə də Avropadakı vəziyyət bunu real edir. İndi Ukrayna və Gürcüstan Avropaya inteqrasiya üçün özünü öldürürlər, amma onları qapıda saxlayıblar və bir addım da irəli getməyə qoymurlar. Belə olan halda Azərbaycanın canfəşanlıq etməsinə heç bir lüzum, ehtiyac yoxdur".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/477383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR