Abşerondakı güllələnmə ilə bağlı RƏSMİ MƏLUMAT

Abşerondakı güllələnmə ilə bağlı RƏSMİ MƏLUMAT
13:04 12 Oktyabr 2016
143 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi bu gün Abşeron rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 12-də Abşeron rayonunun Qobu qəsəbəsindən qəsəbə sakini Rövşən Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.

Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Tural Əlizadə tutulub. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı tüfəng və patron götürülüb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR